SİZİN REKLAM BURADA!
055 213 76 73


İki həftə əvvəl, cümə günü Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun sədirliyi ilə idarə-müəssisə və məktəb direktorlarının iclası keçirilib.
 
BAKU.WS xəbər verir ki, iclasda ictirak edən müəssisə rəhbərlərindən birinin Bizimyol.info saytına verldiyi məlumata görə, icra başçısı onlara şəhərdə aparılan abadlıq-quruculuq işlərində fəal olmağa dəvət etdib. Z.Fərəcov iclas iştirakçılarına tapşırıb ki, sakini olduğu binanın blokunda, damında, habelə icra hakimiyyəti tərəfindən bölüşdürüləcək binalarda təmir-bərpa işləri aparsınlar.

Mənbənin məlumatına görə, icra başçısının belə bir göstəriş vermək səlahiyyəti və məktəb direktorlarının, idarə-müəssisə rəhbərlərinin yaşayış binasını təmir etmək vəzifəsi olmas da, iclasda narazılığını bildirən olmayıb.

Məktəb direktoru-natamam orta və ya orta məktəbin rəhbəri, məktəbdə təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır.

Mənbənin dedikləri ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Bu qurumdan "Bizim Yol”a bildiriib ki, bu məsələ ilə bağlı nazirliyə müraciət edilməyib. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev "Bizim Yol”a bildirilib ki, yerli icra hakimiyyətində belə bir iclas keçirilməyib və belə bir tapşırıq olmayıb.
 
BAKU.WS