SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qadınlar sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara aludə olmamalıdırlar.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bəzən komitəyə qadın sonsuzluğunun artması və buna səbəb kimi qadınların fiziki sağlamlığının yaxşı olmaması ilə bağlı müraciətlər daxil olur.

Komitə sədri hesab edir ki, idmanla məşğul olmaq üçün cəmiyyətin, valideynlərin düşüncə tərzlərini inkişaf etdirmək lazımdır: "Bəzən deyirlər ki, idman qadınlar üçün deyil. Ancaq tarixə nəzər salanda qadınlarımızın kişilərlə birlikdə at çapdıqlarını, ox atdıqlarının şahidi olmuşuq. Zaman keçdikcə qadınlar bu streotipi qırmağı bacardılar".

O bildirib ki, bu gün qadın idmançılarımız bir çox beynəlxalq yarışlarda ilk yerləri tuta biliblər: "Qadınların fiziki fəallığı kişilərə nisbətən az olsa da, gələcək sağlam nəslin yetişməsinə şərait yaratmış olur".
 
BAKU.WS