SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda polisin küçə musiqiçilərini incitməsi haqqında xəbərlər yayılıb.

BAKU.WS xəbər verir ki, Bakının Nizami küçəsində-"Tarqovı" adlanan ərazidə bir neçə musiqiçi polis tərəfindən maşına mindirilərək bölməyə aparılıb. Yaranmış problemlə bağlı Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev açıqlama verərək bildirdi ki, həmin musiqiçilər ətrafdakı insanların səs-küydən etiraz etməsindən sonra bölməyə dəvət ediliblər.

"Ərazidə həmin musiqiçilərlə bağlı bizə şikayət daxil olub. Bizdə inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq onları bölməyə aparılıblar. Onlara heç bir cəza tətbiq edilməyib. Həmin musiqiçilərlə sadəcə profilaktik söhbətlər aparılıb. Bir müddət sonra isə onlar sərbəst buraxılıb. Polis küçə musiqiçiləri ilə heç vaxt pis davranmır. Onların əksəriyyəti öz bildiklərini edirlər. Küçə musiqiçilərinə qarşı heç bir sərt tədbirlər görülmür, heç kim də onları incitmir. Sadəcə olaraq onlar bəzən musiqi ifa edəndə pul yığmaq üçün gitaranın yekə çamadanını yolun tən ortasına qoyurlar. Bu da  gediş-gəlişə mane olur. Əhali bundan narazılıq edir. Bəzən də insanların dincliyini pozurlar. Bunların hamısı inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tənzimlənir. Onların yaşları çox kiçik olduğundan heç bir cəza tədbirləri görülmür. Musiqiçilər əhalinin gur yeri olanda, insanların hərəkətinə problem yaratmasınlar. Dənizkənarı Bulvarda hər gün cavan uşaqlar toplaşıb mahnı ifa edib, musiqi alətlərində çalırlar. Canlı havada yaradılmış studiya kimi. Onlara heç kim mane olmur. Onların pul qarşılığında mahnı ifa etməsi düzgün deyil. Mahnını pul qarşılığında ifa etmək üçün müəyyən studiyalar var. Gedib orada öz çıxışlarını edə bilərlər”.

Sözügedən problemlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxməmmədovla əlaqə saxladıq.

Qurumun mətbuat xidmətindən məsələnin onlara heç bir aidiyyatının olmadığını və Daxili İşlər Nazirliyi iə əlaqə saxlamağımızı məsləhət gördülər.
 
Aynur Ələkbərova
BAKU.WS