SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bu ildən Azərbaycanda daha 4 "ASAN xidmət” mərkəzinin inşasına başlanılıb”.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

O bildirib ki, yeni "ASAN xidmət” mərkəzləri Quba, Şəki, İmişli və Mingəçevirdə inşa olunur.
 
İ. Kərimovun sözlərinə görə, hazırda 11 "ASAN xidmət” mərkəzində vətəndaşlara 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən ümumilikdə 230-dan çox xidmət göstərilir.
 
"İndiyə kimi "ASAN xidmət” mərkəzlərində 15 milyona yaxın vətəndaşa xidmət göstərilib. Vətəndaş məmnunluğu 98-100 faiz arasında dəyişir”, - deyə İ. Kərimov qeyd edib.
 
BAKU.WS