VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Antarktidada yerləşən "Akademik Verdanskiy” stansiyasında işləyən Ukrayna alimləri xərçəng əleyhinə dərmanın yaradılmasına nail olublar.
 
BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata əsasən, bu haqda Ukraynanın Milli Antarktida Mərkəzinin direktoru Valeriy Litvinov deyib.

Onun sözlərinə görə, dərman ekstremal şəraitdə yaşayan və ekstremal imkanlara malik olan Antarktik mikroorqanizmlər əsasında yaradılıb.

Qeyd olunur ki, "Melovit” adlandırılan dərmanın lisenziyasını biologiya institutu artıq alıb. Lakin, dərman klinik sınaqlardan sonra geniş kütlənin istifadəsinə veriləcək.
 
BAKU.WS