VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanın əməkdar artisti Lalə Məmmədova fəlsəfə doktoru adını alıb.
 
BAKU.WS xəbər verir ki, bu barədə məlumatlı müğənninin özü şəxsi instaqram səhifəsindən paylaşıb. 

O, aldığı diplomun fotosunu paylaşaraq qeyd edib: "Novruz bayramina bundan şərəfli və gözəl hədiyyə ola bilməzdi. Nəhayət ki, diplomum bu gün rəsmi şəkildə Prezident yanında Ali Attestasiya Komissiyasi tərəfindən Arif Quliyevin təqdimatıyla mənə verildi! Mənimlə birgə bu gün təltif olunan diplom sahiblərini təbrik edirəm.”

Qeyd edək ki, Lalə Məmmədova bu gün  filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 

Arzu Mirzəyeva
BAKU.WS