SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Xırdalan şəhərində beş qızın ölümü ilə nəticələnən hadisənin səbəbləri barədə yeni versiya ortaya çıxıb.

BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, həmin mənzildə qızların sayı 5 yox, 7 olub. Onlardan 2-si qonaq gəlibmiş. Hadisə qonaqların gedişindən sonra baş verib.

Qonşular bildiriblər ki, bu gün "JEK" əməkdaşları faciənin baş verdiyi otağın qaz təchizatını yoxlayıblar. Heç bir qaz sızıntısı və ya dəm qazı yaranmasına səbəb olan hal aşkarlanmayıb. Lakin qonşu deyib ki, mənzildə İran peçi olub.

"JEK"-in mühəndisi İmamverdi Sadıqov bildirib ki, qızların dəm qazından yox, qida zəhərlənməsindən öldükləri ehtimalı böyükdür.

Müxbirimiz xəbər verir ki, ölənlərdən 3-ü tələbə, qalan ikisi isə ana və qızıdır. 4-ü çarpayıda, 1-i balkonda ölüb. Bir otaqlı evin yiyəsi rəhmətə gedib, mənzili mərhumun bacısı makler vasitəsilə kirayə verib.

Qeyd edək ki, bu gün Xırdalanda 5 qızın ölümü ilə nəticələnən hadisə baş verib. İlkin məlumatda onların dəm qazından öldükləri bildirilib.

Arzu Mirzəyeva
BAKU.WS