VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"PAŞA Sığorta”nın 23 noyabrdan etibarən sürücülər arasında keçirdiyi "Məsuliyyətli sürücüyə biz cavabdehik” adlı kampaniya uğurla yekunlaşıb.

 Bir ay davam edən kampaniyada 147 nəfər qalib olaraq, PAŞA Sığorta tərəfindən 30%-ə qədər endirimli Kasko sığortası ilə mükafatlandırılıb. 

Gənclik Mall AVM-də təşkil olunan kampaniyada 417 nəfər sürücü iştirak edərək, xüsusi planşetlərdə Yol Hərəkəti Qaydalarına aid 10 elektron suala cavab verib məsuliyyətli sürücü adını qazanmağa çalışmışdır. 

Kampaniyada iştirak edən hər bir sürücüyə "PAŞA Sığorta” tərəfindən müxtəlif hədiyyələr təqdim olunub, yarışın qalibləri isə xüsusi mükafatlar qazanıblar.
Belə ki, "PAŞA Sığorta” tərəfindən 10 sualdan 10-na doğru cavab verən şəxslərə 30%, 10 sualdan 9-na doğru cavab verən şəxslərə 25%, 10 sualdan 8-nə doğru cavab verən şəxslərə 20%, 10 sualdan 7-nə doğru cavab verən şəxslərə isə 15% Kasko sığortası üçün endirim mükafatı təqdim edilib.

Bildirmək istərdik ki, "PAŞA Sığorta” tərəfindən həyata keçirilən "Məsuliyyətli sürücüyə biz cavabdehik” adlı kampaniyanın əsas məqsədi sürücülərin Yol Hərəkəti Qaydalarına daha məsuliyyətli yanaşmasını təbliğ etməkdir və şirkət gələcəkdə də buna bənzər layihələri keçirməyi planlayır.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta  korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir.  Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.