VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları tərəfindən http://www.e-ipoteka.az/ internet portalı üzərindən ipoteka kreditləri üzrə vətəndaşlardan müraciətlərin qəbuluna başlanılıb.

BAKU.WS xəbər verir ki, ipoteka kreditlərinin verilməsi müvəkkil təşkilatların iştirakı ilə həyata keçirilir. 

Müvəkkil təşkilatlar "Azərbaycan İpoteka Fondu" ASC tərəfindən müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərin seçilməsi və qiymətləndirilməsi Qaydaları"na uyğun olaraq seçilir. Bu Qaydalar əsasında artıq bir sıra müvəkkil təşkilatlarla müvafiq müqavilələr bağlanılıb.

Müvəkkil təşkilatların siyahısına daxil olmaq istəyən banklar, sığortaçılar və qiymətləndiricilər tərəfindən müraciətlər daxil olur və yeni müvəkkil təşkilatlar barədə əlavə məlumatlar təqdim olunacaq.
 
BAKU.WS