VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Rusiyada yaşayan azərbaycanlılar Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən "Əhli-Beyt" ictimai təşkilatının sədri Nizami Baloğlanov Rusiya KİV-ə açıqlamasında bildirib.

Məlumata görə, azərbaycanlılar Moskvada məscidin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı Vladimir Putinə müraciət edərək ondan kömək istəyiblər.

"Dünən biz azərbaycanlı müsəlmanların hüquqlarının qorunması üçün Rusiya prezidentinə müraciət ünvanladıq. Əgər bizim Moskvadakı Cümə məscidinə girişimizə qadağa qoyublarsa, başqa bir yerdə ibadət evinin tikilməsi üçün torpaq sahəsi ayrılsın”, -  Nizami Baloğlanov deyib.

Onun sözlərinə görə, Moskvada yaşayanların təxminən 15%-i azərbaycanlıdır.

Xatırladaq ki, bu ilin oktyabr ayında Moskva Cümə məscidinə toplaşan azərbaycanlılara qarşı təxribat törədilib. Bir qrup gənc məscid otağına daxil olaraq azərbaycanlılara hücum edib və onların məscidi tərk etmələrini tələb edib. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində xəsarət alan olmayıb.
 
İlyas Quliyev
BAKU.WS