SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 2-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,67% artaraq 1,6490 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,6381 manata bərabər olub.
 
Bununla da dollar manata qarşı illik maksimumu yeniləyib. Bundan öncə dolların rəsmi məzənnəsi il ərzində ən yüksək həddə martın 11-də çatıb. Bu zaman 1 dollar 1,6456 manata bərabər olub.
 
BAKU.WS