SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tarif Şurasının qərarı ilə bu gündən bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Qiymət artımı ilə bir sıra məhsulların və xidmətlərin bahalaşması gözlənilir.

Qiymət artımı nəqliyyat sektorundan başlaya bilər. İlk olaraq metroda gediş haqqının bahalaşacağı gözlənilir.

Bakı Metropoliteninin mərbuat xidmətinin rəhbəri Nəsimi Paşayev fins.az-a açıqlamasında bildirib ki, indi bu məsələ aktual deyil:

"Bakı Metropoliteni gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Ümumiyyətlə, hələlik bu məsələ müzakirə edilmir".
 
BAKU.WS