SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ALL (Acute Lymphoblastic Leukemia) tipli Leykoz xəstəliyindən əziyyət çəkən İbrahim Fərhadlıdan xəbər var. 
 
BAKU.WS məlumat verir ki, İbrahim ötən gün transplant (sümük iliyi nəqli) bölməsinə köçürülüb. Bu haqda sosial şəbəkədə İbrahimin yaxınları məlumat paylaşıb:
 
"İbrahimi dünən apardılar transplant (sümük iliyi nəqli) bölməsinə. Təxmini 1 ay bu xüsusi bölmədə olacaq. Haradasa bütün Ramazan ayı boyunca həyatının ən ağır imtahanını verəcək. Dualarınızı əskik etməyin lütfən.

Qardaşım hamımızdan güclü çıxdı. Bütün olanlara baxmayaraq müsbət düşüncə ilə getdi transplanta. Əhvalı, fiziki durumu və son analizləri yaxşıdır.

Biz də səbrsizliklə ondan gələcək xəbəri gözləyəcəyik həkimlərdən və özünün əhvalı olsa özündən.

Son 4 ayda 3 xəstəxana gördük, 10 minlərlə dollarlıq yükün altında qaldıq, burada dilə gətirmədiyimiz min bir cür stres və problemlə qarşılaşdıq, ancaq Allahın və bizə dəstək olan hamınızın sayəsində artıq bu ən ağır addımı atırıq.

Maddi olaraq əskikliyimiz 30 min dollar olaraq qalır. Bu günlərə xeyirxah bütün insanların yardımları ilə gəldik, yenə ümidimiz sizlərədir.

Yanımızda olan hərkəsə sadəcə könüldən təşəkkür və dua edə bilirik. Allah hamınızdan razı olsun".
 
BAKU.WS