VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakı Metropoliteninin "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasındakı qatarların hərəkət cədvəlində dəyişiklik edilib.
 
Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
 
 
Qurum rəsmisi bildirib ki, ötən həftə həmin xətt üzrə hərəkət edən qatarların cədvəli dəyişdirilərək qatarlar arasındakı interval 1 dəqiqə azaldılıb: "Bənövşəyi xəttin "Memar Əcəmi" və "Avtovağzal" stansiyaları arasında qatarların hərəkət intervalı 1 dəqiqə azaldılaraq 8 dəqiqəyə endirilib. Xətt yeni istifadəyə verilərkən isə interval ilkin olaraq 9 dəqiqə müəyyən edildiyi halda, ötən həftə həmin interval dəyişdirilib. Tunellərarası mənzil yeni olduğundan yolların öyrənilməsi və qatarların sürətinin nizamlanması məqsədilə bir müddət qatarlar arasındakı interval 9 dəqiqə olsa da, sonradan yeni qrafik tətbiq olunuib. Qatarların sürətini artırmaqla, eyni zamanda bir qatarda 2 maşinist briqadasının işini təmin etməklə interval 8 dəqiqəyə salınıb. Hər iki stansiya arasında qatarların gediş müddəti 3 dəqiqə olduğu üçün qatarların gediş və gəlişi 6 dəqiqə olur və qatar hər iki stansiyada 1 dəqiqə dayanır".
 
N.Paşayev deyib ki, həmin xətt üzrə hərəkət edən qatarlar arasındakı interval azaldıla bilər və hazırda bununla bağlı işlər davam etdirilir. O qeyd edib ki, bu interval pik saatlar və gündüzlər tətbiq olunur: "Səhər tezdən, bir da axşam gecə saatlarında fərqli qrafiklər olur. Sərnişin həddindən artıq az olduğunda interval bir az artıq olur".
 
BAKU.WS