SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Röya Ayxanın qardaşı, müğənni İsmayıl Nəcəfov yaradıcılığındakı yenilikdən danışıb.
 
BAKU.WS məlumat verir ki, Lent.az-a açıqlama verən ifaçı bildirib ki, artıq Türkiyədə çəkdirdiyi klip hazırdır:
 
"İfa etdiyim "Xoşgəldin” adlı mahnıya Türkiyədə klip çəkdirdim. Ekran işi öz istəyimlə çəkilib. Ssenari və açıq-saçıq görüntülər yoxdur. Sadəcə studiyada mahnı ifa edərkən çəkilmiş bir klip oldu. Gitarada məni Ertan Eroğlu müşayiət edib. Klipin hazırlanmasında isə Soner Nokay yardımçı oldu. İfaçılıq sənətində özümü kimsəyə bənzətmirəm. Sadəcə öz yolumla gedirəm və sevdiyim mahnıları oxuyuram. Necə alındığını isə dinləyicilər deyə bilər”.
 
BAKU.WS