SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Türkiyənin ən məşhur yarışmalarından biri olan "İşte benim stilim"də (Bu mənim stilim) iştirak etmiş azərbaycanlı Sima Şərafətdinova yenidən mətbuatın gündəminə düşüb.
 
BAKU.WS-in məlumatına görə, 19 yaşlı seksual gözəl Instagram-da məşhur olan "Dublaj"dan istifadə edərək video çəkib. İlk öncə özünü çirkinləşdirən azərbaycanlı model, daha sonra özünü gözəlləşdirərək kamera qarşısına çıxıb. Simanın bu videosu sosial şəbəkələrdə yüzlərlə insan tərəfindən izlənilib. 
 
Qeyd edək ki, "İşte benim stilim" yarışmasında qalmaqalları ilə məşhur olan Sima hazırda qonşu ölkədə kompüter mühəndisliyi üzrə təhsil alır. O, atasının holdinq rəhbəri olduğunu və 6 dil bildiyini deyib. 

15 yaşından etibarən model kimi fəaliyyətə başlayıb və "Azərbaycan gözəli" seçilib.
 
BAKU.WS