SİZİN REKLAM BURADA!
055 213 76 73


"Səni axtarıram" proqramına gələrək qalmaqallı açıqlamalar verən müğənni Sevda Yəhyayevanın atalığı medianın gündəmini zəbt edib.

77 yaşllı kişi BAKU.WS-ə açıqlamasında bu addımı atmağını səbəbini açıqladı:

"2 ildir çıxıb gedib. Artıq istəmirəm. Gəlinim mənə çox yaxşı baxır. Özümün də imkanım əladır. Evim, 4 avtomobilim var. Yəni heç nəyə ehtiyacım yoxdur.

Çox imkansız idilər. Marketim vardı, işə götürdüm. İnanın, heç "otçot-utçot" da tələb etmirdim ki, uşaqları ac qalmasın. Bir müddət sonra münasibətimiz yarandı, bərabər yaşadıq.

Sadəcə onlara etdiyim yaxşılıqları itirdikləri mənə pis təsir etdi. Bu üzdən efirə gəldim. Belə çıxır ki, vəziyyətləri ağır olanda mən onlara lazım idim, indi isə yox". 

Qeyd edək ki, Yəhyayevanın atalığı ifaçının onu arvadından ayırdığını iddia edib:

"Sevda anasını götürüb gedib. Özünə xidmətçi kimi aparıb. Anasına dedi ki, heç nə bacarmıram, gəl mənə ev işlərində kömək et. Arvadımı apardı, məni təhqir etdi. Sadəcə güldüm...

Sevdanı 15 yaşından mən saxlamışam. 10-cu sinifdə oxuyurdu. "Yeni ulduz" yarışmasına da mən aparıb-gətirirdim. Gecə saat 12-yə 1-ə qədər oturub yarışmanın bitməsini gözləyirdim.

Bərabər yaşadığımız evin qapılarını da bağlayıb. Mənim öz evim var. 

2003-cü ildən 15 ildir bərabər yaşayırdıq. 

İmkansız idilər, mən onlara yardım edirdim. Evlərini təmir etdirdim. Çünki yaşanılası ev deyildi. Sevdanın anası özü mənə evlilik təklifi etdi. Biz tanış olanda həyat yoldaşım vəfat etmişdi. Amma rəsmi nikah istəmədi. Dəfələrlə təklif etdim, rəsmi nikaha girmək istəmədi.

Gəlsin evinə, Sevdanın kirayə tutduğu özgə adamın evində niyə yaşayır?"

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO