SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyaca məşhur müğənni Sem Smitin Bakı konserti ləğv olunub. 

BAKU.WS Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə (BŞH) istinadla xəbər verir ki, müğənni həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub: 

"Dərin təəssüf hissi ilə bildiririk ki, Sem Smitin şənbə günü Bakıda keçirilməsi planlaşdırılan konserti bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq. Ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından Sem həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olmuşdur.

Biz anlayırıq ki, bu, ifaçının çoxsaylı pərəstişkarları üçün üzücü xəbərdir. Lakin unutmayın ki, bu il də sizi Formula 1 Azərbaycan Qran Prisində fasiləsiz əyləncə və rəngarəng aktivasiyalarla zəngin həftəsonu gözləyir.

Ümid edirik ki, Sem tez bir zamanda səhhəti ilə bağlı problemləri aradan qaldıracaq və yaxın gələcəkdə onu Bakıda qonaq edəcəyik".
BAKU.WS