SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün dövlət və ictimai xadim Anar Məmmədxanovun anım günüdür.

BAKU.WS-in məlumatına görə, artıq 8 ildir ki, ailəsi, dostları və bütün tanıyanları Anardan ayrı düşüb. 

Anar Camali oğlu Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirib.

1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.

Bitərəf kimi birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

23 Aprel 2011-ci ildə vəfat edib.

Evli idi, 3 övladı yadigar qalıb.

Allah Rəhmət Eləsin!
BAKU.WS
VİDEO