VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


15 yaşlı azərbaycanlı SABİNA BEYLİ "Searching For You" albomu ilə musiqi dünyasına qasırğa kimi daxil olacaq.

Bir sevgi hekayəsindən bəhs edən bu mahnı tanınmış Rumıniya prodakşını "TommoProduction" tərəfindən hazırlanıb.

SABİNA BEYLİ VEVO YouTube kanalında bu gün yayımlanan klipi isə "DjafarovCreative" studiyası tərəfindən hazırlanıb.

Öz gənc yaşına baxmayaraq Sabina Beyli Avropa və Amerikada popularlaşmış «Ready For Tonight» və «Never Let Go» adlı ingilis dilli və SEEYA ilə duetdə ifa etdiyi ispan dilli "No Puedo" mahnıları ilə özünə diqqət cəlb etməyi bacarıb.



"DjafarovCreative" təkcə klip çəkilişləri deyil, mahnının hazırlanması, xarici ölkədən Azərbaycana artistlərin gətirilməsi, reklam çəkilişləri üzrə sifarişləri qəbul edir. Son 6 ayda şirkət kifayət qədər aktiv fəaliyyətdə olub və həyata keçirdikləri layihələr qısa zamanda milyonlarla baxış gətirib.

Şirkət bir çox məşhur müğənninin Bakıda klip çəkilişini həyata keçirməyi planlaşdırır. Bu isə həm də bir növ Bakının piarı üçün də çox müsbət haldır.

BAKU.WS