VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Aysel Əlizadə Türkiyənin Bodrum şəhərinə istirahətə yollanıb. 


BAKU.WS-in məlumatına görə, sənətçi istirahətdən foto və videolarını "Instagram"da paylaşıb. 

A. Əlizadə paylaşımlarından birinə bu şərhi yazıb: 

"Həyat gözəldir yaşamağı bilənə. Həyatım boyunca qarışqanı belə əzməyə ehtiyyat edən bir insanam. Çox şükür bu günümə. Allah heç kəsi sevdikləri ilə sınağa çəkməsin. Amin Allah. Gerisi cəfəngiyyatdır. Mənim bu həyatda bir mövqeyim olub: "Haqsızlıq qarşısında susan biri dilsiz şeytandır" (susmağıma baxmayın). Mən hər zaman haqqı və nahaqqı ayıra bilməyə çalışmışam. Özümə qarşı, sevdiklərimə, dostlarıma qarşı olan heç bir haqsızlıq qarşısında susmayacağam da. Öpürəm. Allah yolunuzu açıq, ruzunuzu bol, işlərinizi avand etsin. Və bunu da deyim. Kimsə mənə haqsızlıq edərsə, o insanı da Allaha borclandırıram".

Xatırladaq ki, bir müddətdir Aysel Əlizadənin adı qalmaqalda hallanır. Belə ki, "Səni axtarıram" verilişinə qatılan Turanə adlı xanım həyat yoldaşının müğənni ilə münasibətdə olduğunu iddia edib. 

BAKU.WS