VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son günlər şou-biznesdə xanım ifaçıların ünvanına təhqirlər səsləndirən kişi müğənnilərin sayı artıb.

BAKU.WS
  axşam.az-a istinadən xəbər verir ki, ilk olaraq müğənni Nadir Qafarzadə açıqlama verərək "Onlar xanım yox, fahişədirlər" deyib.

Daha sonra isə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sənətçilərin ünvanına "Əxlaqsızdılar" kəlməsini işlədib.

Sözügedən açıqlamasını İnstaqram səhifəsində yayımlayan Hüseynə digər şou-biznes nümayəndələri də dəstək olub. Belə ki, Məhəmmədoğlunun paylaşımına rəy yazanlardan biri muğam ifaçısı Eldəniz Məmmədov olub. O, musiqiçinin paylaşımına "qardaş, 100 faiz düz deyirsən" yazaraq, xanım ifaçıları əxlaqsız hesab etdiyini bildirib.

Rəy yazanlardan biri də müğənni Elton Hüseynəliyevin həyat yoldaşı, prodüser Tamilla Hüseynəliyeva olub. O, "Səninlə razıyam. Hər zaman sözü düşündüyün kimi demək lazımdır" sözlərini yazıb.

Sözügedən paylaşıma Nadir də "Müğənnilərin 90 faizi fahişədir" rəyini yazsa da, sonra silib.

Qeyd edək ki, müğənni Səidə Sultan və Ayan Babakişiyeva musiqiçilərin sözlərinə etiraz bildiriblər.

BAKU.WS