SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün türkiyəli sənətçilər Murat Boz və Seda Bakan “Öldür beni, sevgilim” filminin qala gecəsi üçün Bakıya gəlib.


BAKU.WS xəbər verir ki, onlar “Cinemaplus” kinoteatrında media nümayəndələri və sevənləri ilə görüşüb.

Bu dəfə də Murat Boza görə izdiham yaşanıb. Müğənni ilə şəkil çəkdirmək istəyən qız və oğlan fanatları sıxlığın yaranmasına səbəb olub.

Məlumat üçün bildirək ki, M. Boz Bakıda sonuncu dəfə 2018-ci ilin dekabrında Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış etmişdi. Sözügedən konsert zamanı da izdiham yaşanmışdı. 

BAKU.WS