SİZİN REKLAM BURADA!
055 213 76 73



Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu efirdə əxlaq dərsi keçən qadın müğənniləri təhqir edib.

BAKU.WS  xəbər verir ki, musiqiçi ARB-nin "Şou News" proqramına açıqlamasında onlara rişxənd edərək əxlaqsız adlandırıb:

"Savadsız özünü savadlı aparır. Olduğun kimi göstər özünü, biz səni necə varsan, elə qəbul edəcəyik. Əxlaqsız qadın müğənni əxlaqdan danışır, camaata məsləhət verir. Az, xəbərin var, sən özün nə gündəsən?

Ailəsi bərbad olan bir insan ailədən dərs keçir. Sən get bir öz ailəni, ətrafını, əxlaqını düzəlt, sonra insanlara dərs keç. Məncə bu daha gözəl olar".

Hüseyn daha sonra "İnstagram" səhifəsində belə bir status paylaşıb: "Axı bu biabırçılıqlar nə vaxt bitəcək? Sonra məni bəyənmirlər. Bilirsiniz niyə? Çünki hər zaman sözün düzünü deyirəm".

Aysel
BAKU.WS