SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Nura Surinin Rəsul Əfəndiyevlə səmimi görüntülənməsi, onun haqda sevgi ilə danışması günlərdi müzakirə mövzusudur. 


BAKU.WS-in məlumatına görə, daha bir diqqət çəkən məqam isə Rəsuıun Nuraya 8 Mart - Beynəlxalq Qadınlar Günündə böyük gül çələngi göndərməsi olub. Nura güllərin fotosunu "Instagram" hesabında paylaşıb.

Müğənnilərin qısa zamanda belə yaxın olması dedi-qodulara səbəb olub. Belə ki, onların sevgili olduğu iddia edilir.

Xatırladaq ki, Nura Suri "ATV maqazin onlarla" verilişində Rəsul Əfəndiyev haqda "Platonik vurulmuşam ona. Ölürəm onun üçün. Mənim ona marağım Aygün Kazımova ilə duetindən sonra yaranıb. Çox bəyəndim. Seviyorum" sözlərini demişdi. Bundan sonra onların tanışlığı baş tutmuşdu. 

BAKU.WS