SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Təranə Qumral 1998-ci ildə AzTV-də yayımlanan “Gəl, səhərim” adlı proqramdan arxiv görüntülərini paylaşıb.

BAKU.WS
 axşam.az xəbər verir ki, sözügedən videoda Musa Musayev də yer alıb. Təranə paylaşımına “Mən keçmişimi sevirəm” sözlərini yazıb.

O, bu fikirləri ilə bir neçə gün öncə eyni proqramdan görüntüləri yayılan uzun illərdir danışmadığı müğənni Nazənin Salayevaya söz atıb.

Belə ki, Nazəninin həmin verilişdən olan kadrları birmənalı qarşılanmamış, sosial mediada müzakirə mövzusuna çevirilmişdi. Bu paylaşımlardan sonra isə Nazənin onun videosunu paylaşan İnstaqram səhifələrinə təzyiq etməyə, görüntüləri sildirməyə çalışmışdı.

BAKU.WS