SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Tacir Şahmaroğlu uzun illər duet ortağı olduğu həmkarı Fədayə Laçını həbsxanada ziyarət etməyib.

BAKU.WS
  aznews.az-a istinadən xəbər veri ki, o, baş verənlərdə Fədayənin özünü günahlandırıb:

"Bu yaxınlarda onunla görüşəcəm. Deyirlər, hələ Kürdəxanıdadır. Mən onunla tonlarla çörək kəsmişəm. Fədayə kişi kimi qadındı. Heyif ondan. Ağlının ucbatından bu hala düşdü. Düşünmədən atdığı addımların ziyanını gördü. Bir dəfə mənə zəng elədilər. Dedilər ki, Fədayə Laçın həbs olunub. Dedim ki, bu, belə də olmalı idi. Fədayə öz sənəti, öz işi-gücü ilə məşğul olsaydı, belə olmazdı. Başı musiqiyə qarışsaydı, niyə türməyə düşməliydi?

Mən həmişə Fədayə haqqında müsbət fikirdə olmuşam. 3 gün yol getsən, darıxmazsan. Özü də qoymaz ki, kimsə əlini cibinə salsın. Dost üçün pul xərcləyər. Fədayə düşünmədən atdığı addımların ziyanlarını görür. Heç bir günahı yox idi, elə bil aldadıldı. Qadınları tez aldatmaq olur. Gərək belə olmayaydı. İndi gözləyirik, bəlkə martda əfv olunar. Bütün günü ona dua edirəm. Oğlu var, Allah saxlasın. Başını salsın aşağı, oğlunu böyütsün".

T.Şahmaroğlu Fədayə Laçının kirayədə yaşayan və kirayə pulunu verə bilməyən ailəsinə də baş çəkməyib. O, belə etməsinin səbəbini Fədayənin bacısı İlahə Fədanın ona qarşı münasibətində gördü:

"Onun ailəsinə, anasına böyük hörmətim var. Fədayə ilə bir yerdə işləyəndə ona həmişə hörmətlə yanaşmışam. Süfrəsində oturub bişirdiyi yeməklərdən yemişik. Çox gözəl bir anadır. Son zamanlar isə getməmişəm. Bunun da səbəbi var.

Bacısı İlahə Fəda məni çox yordu, demək olar ki, sındırdı. Məni ittiham edir. Deyir ki, Fədayənin başına bu oyunun gəlməsində günahkar mənəm. Söyüş söyür, telefonda ünvanıma ağzına gələni deyir. Dedim ki, bala, get bəlanı başqa yerdə axtar. Mən Fədayə ilə 15 ildir görüşmürəm, müəyyən səbəblərdən yolumuz ayrılıb. Onunla bir yerdə olsaydım, ittiham etməyə bəlkə hardasa haqqı çatardı.

Mən Tacir Şahmalıoğlu olaraq deyirəm, gəlib qanımı yoxlasınlar, görsünlər ki, qanımda narkotik çıxacaqmı? Belə bir şey olarsa, millət gəlib üzümə tüpürsün. O pis vərdişin yolçusu olmadım deyə ondan aralandım. Gördüm ki, Fədayə səhv yoldadır, onu geri qaytarmağa gücüm çatmadı. Fədayə də cavan, gözəl idi, qulaq asmırdı. Söz deyirdin, eşitmirdi. Baxdım ki, belə getməz, özüm yarıdan qayıtdım.

Onun bacısı mənə, balalarıma qarğış etdi. Onun bacısı düz insan deyil. O, düz insan olsaydı, bilərdi ki, mən onun bacısına sənət vermişəm. O sənət ki, Fədayə ömrünün sonuna kimi yeyəcəkdi. Mən ona heç bir pislik eləməmişəm. Oxuyanlar da bunu təsdiqləyər. Yalnış adamlarla oturub-dururdu. Allah vergisi vardı, heyif ki, Fədayə belə bir istedadın qədrini bilmədi".

BAKU.WS