VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Meyxanaçı və ifaçı Vasif Əzimovun adına sosial şəbəkədə saxta profil açılıb.

 
BAKU.WS Primetime.az-a istinadən xəbər verir ki, “Facebook”da olan bu hesab tanımadığı insanlara dostluq atır, daha sona mesaj yazaraq kontur istəyir, xanımlara “podxod” edir, gecə radələrində zəng edir. Artıq bəzi narahat olan insanlar bununla bağlı sosial şəbəkədə status yazıblar. Onlardan biri jurnalist Raziyyə İmranqızı hətta ona 5 manatlıq Azərcell kontur da göndərib.
 
Məsələ ilə bağlı açıqlama verən V.Əzimov sözügedən hesabın saxta olduğunu bildirib:
 
“Artıq neçənci dəfədir ki, başıma bu iş gəlir. Mənim sosial şəbəkələrdə bir dənə İnstaqramda hesabım var. Qalan heç bir yerdə profilim yoxdur. Bu haqda mənə xəbərdarlıq ediblər. Orada yazan şəxs mən deyiləm. Hamı məni tanıyır. Bilənlər bilir ki, mən o cür xasiyyətdə bir adam deyiləm. Əgər belə davam etsə, lazımı tədbirlər görəcəm”.

BAKU.WS