SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir müddət əvvəl avtomobil qəzasında həyatını itirən müğənni Mehriban Mustafayeva dəfn edilib. 


BAKU.WS-in məlumatına görə, dəfn mərasimindən görüntüləri ARB TV-nin "Səhər-səhər" verilişi yayımlayıb. 

Son mənzilə yola salınan ifaçının dəfnində anasının, doğmalarının harayı ürək sızladıb. Mərhumun sənət yoldaşları onunla bağlı xatirələrini bölüşüb. 

Xatırladaq ki, avtomobil qəzası fevralın 7-də Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində baş vermişdi. Nəticədə M. Mustafayeva dünyasını dəyişmiş, digər iki sərnişin isə ağır xəsarətlər almışdı. 

BAKU.WS