SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Xalq artisti Nisə Qasımovanın 65 yaşı tamam olub.

BAKU.WS xəbər verir ki, sənətçi özünə paytaxt məkanlarının birində təmtəraqlı ad günü edib.

Gecəyə ağ rəngli libasda qatılan Qasımovanı həmkarları tək qoymayıb.

Onun doğum gününə qatılanlar sırasında xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, əməkdar artistlər Elza Seyidcahan, Ədalət Şükürov, Cavanşir Məmmədov, müğənnilər Şəbnəm Tovuzlu, Murad Arif, rəqqasə Fatimə Fətəliyeva və başqaları qatılıb.

Ad günündən fotolar sosial şəbəkədə paylaşılıb.

BAKU.WS