VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aprelin 4-də yeni "Dalan" filminin təqdimat mərasimi keçiriləcək.

BAKU.WS-in məlumatına görə, filmdəki hadisələr bir-birilərinə tanış olan iki fərqli ailədə cərəyan edir.

Bu fərdlər kənardan xoşbəxt görünsələr də, diqqətsizlik, yalan, xəyanət və bunların fonunda baş tutan gizli sevgi qəhrəmanları “Dalan”a gətirib çıxarır.

Ekran işində baş rolları aktrisa Sevinc Əliyeva və aktyor Ziya Ağa canlandırır. Filmin quruluşçu rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi Səbinə Əhmədlidir.

"Dalan" aprelin 4-dən etibarən "Park Cinema" kinoteatrlar şəbəkəsində nümayiş etdiriləcək.

Filmin informasiya dəstəkçisi BAKU.WS saytıdır.

Hüseyn Məmmədsalahov
BAKU.WS