SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Əbdül Xalidin anasının dəfn mərasiminə qatılan sənət yoldaşları məclisdən ac döndüklərindən şikayətləniblər.

BAKU.WS
xəbər verir ki, bu barədə Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil" proqramında danışıb.

O, müğənnilərin söylədiklərini verilişin qonağı olan Ə.Xalidə çatdırıb: "Gəldilər başladılar qeybətə. Sənin arxanca danışırdılar. Dedilər ki, o boyda uzun yol getmişik, bizə yemək vermədilər. Süfrədə pendir-şörəkdən başqa heç nə yox idi. Məgər siz yeyib-içməyə getmişdiniz? Anası rəhmətə gedib, bu gün torpağa verib, başsağlığı ver, çıx gəl. Ölən günü yemək verirlər"?

Eşitdiklərindən məyus olan ifaçı deyilənlərdən xəbərsiz olduğunu bildirib: "Birincisi, bizim rayonda (Tovuzda) ehsan vermək yığşışdırılıb. Bizim ailəni tanıyanlar bilir ki, ehsanın daha bolunu verə bilərəm. O pendir-çörəyi də kasıb insanları nəzərə alıb, verdik. Anamın 7 mərasimini Bakıda təşkil etdik. O məclisdə yemək verdik".

Əbdül Xalid verilişdən sonra arxasınca danışanlara sosial şəəbəkədən səslənib: "Əvvəlla, Tarıx Əliyevə təşəkkür edirəm ki, bunu mənə dedi. Buradan o sözü deyənlərə səslənirəm, şərəfiniz olsun. Ayıb olsun"!

Xatırladaq ki, Ə.Xalidin anası 2017-ci ilin sentyabr ayında vəfat edib.

Zülfiyyə Qurbanova
BAKU.WS