SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Zamiq Hüseynov Heydər Əliyev adına sarayın səhnəsində "Bu gün bizim günümüz" adlı konsert proqramı ilə çıxış edib.


BAKU.WS xəbər verir ki, iki saat davam edən konsertdə müğənni sevilən və hit mahnılarını səsləndirib.

İlk ifasından sonra tamaşaçıları salamlayan Z. Hüseynov bunları deyib: 

“Konservatoriyada oxuyanda hər dəfə bu sarayın yanından keçəndə afişaları görürdüm. Həsrətlə baxırdım və öz-özümə fikirləşirdim ki, görəsən, bu sarayda nə vaxtsa 2-3 mahnı oxuya biləcəyəm? Və budur... Bu gün sizin qarşınızdayam. Sizin sevginiz məni bu yerlərə gətirib” - deyə, Zamiq konsertə qatılanlara təşəkkür edib.

Konsertə qatılan məşhurlar sırasında isə bəstəkar Faiq Sücəddinov, Xalq artistləri Fidan Hacıyeva, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Nərgiz Cəlilova, Röya Ayxan, Teymur Əmrah, müğənni Sevda Yahyayeva, aparıcılar Nəsib Nur, Nurlana Cəfərova, reper Elşad Xose və başqaları olub.

BAKU.WS