SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin "Kasımpaşa" futbol klubunun 22 yaşlı misirli legioneri Karim Hafezin aparıcı Ceyda Ersoya yazdığı iddia edilən ismarıclar internetə sızıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu aparıcıya "Instagram"da tanışlıq üçün ismarış yazıb.

Bir sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılan fotolarda misirli futbolçu Karim Hafezin Ceyda Ersoya göndərdiyi iddia edilən tanışlıq ismarışlarını görmək olar.

Paylaşımı görən digər sosial şəbəkə istifadəçiləri də buna səssiz qalmayıblar. Onlardan biri "Türkiyəyə futbol oynasın deyə gətirirlər, bunun etdiyinə bax" şərhini yazıb.

BAKU.WS



Karim Hafez