VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış musiqiçilər Cabbar və Musa Musayevlərin daxmada yaşayan qohumlarını tapıb.

BAKU.WS xəbər verir ki, ağır vəziyyətdə, şəraitsiz daxmada yaşayan ana-bala kömək üçün "Çıxış yolu Afət Rahilqızı ilə" proqramına müraciət ediblər.

Aparıcı Afət Rahilqızı ailəyə yardım etmək məqsədilə çəkiliş apararkən onların məşhurların qohumu olduqları üzə çıxıb. 

Xalidə adlı xanımın sözlərinə görə, atası Mehdiyev Yusif Abı oğlu Cabbar və Musa Musayevlərin dayısıdır. Bu da o deməkdir ki, Cabbarın anası qadının bibisidir. Yəni onlar dayıoğlu və bibiqızıdırlar. 

Qohumluq əlaqələrinin kəsildiyindən gileylənən Xalidə xanım deyib ki, Musa evində yad bir qadını köməkçi kimi saxlamaqdansa, ona sığınacaq versin.

Zülfiyyə Qurbanova
BAKU.WS