VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyanın tanınmış müğənni və aktrisası Sati Kazanova növbəti dəfə Azərbaycana olan sevgisini dilə gətirib.


BAKU.WS xəbər verir ki, "Москва-Баку" saytına müsahibə verən S. Kazanova ölkəmiz haqda bunları deyib:

"Mən Bakını, azərbaycanlıları sevirəm. Azərbaycan rəqslərini sevirəm. Azərbaycanda hər şey elə təravətli, insanlar isə elə qonaqpərvərdir ki. Hətta "До рассвета" adlı mahnımın klipi də Bakıda çəkilib. Bizim Yunanıstanda, daha sonra Türkiyədə klip çəkdirmək planımız var idi. Alınmadı. Sonra fikirləşdim ki, niyə də Bakıda olmasın? Bizə qədim şəhər görüntüləri lazım idi. Mən heç vaxt Qədim şəhərdə olmamışdım.

Emin Ağalarova zəng edib ondan kömək istədim. O dərhal mənə bunun problem olmadığını dedi və dəvət etdi. O qidalanmamızı, yaşayışımızı təmin etdi. Biz düz Xəzər dənizinin sahilində yaşayırdıq. Bizə çəkilişə icazə verən yaxşı insanlar da tapıldı. Doyunca balqabaq və şabalıd qutabı yedim. Mən indi də şabalıdlı qutablara görə hər şeyi verməyə hazıram".

Qeyd edək ki, tez-tez Bakının qonağı olan S. Kazanovanın repertuarında sözləri Mədinə Gülgünə, musiqisi Ələkbər Tağlyeva məxsus olan "Sən gəlməz oldun" mahnısı da var.

Hüseyn Məmmədsalahov
BAKU.WS