SİZİN REKLAM BURADA!
055 213 76 73



Uzun bir aradan sonra axır ki, istədiyimiz formatda sizlərin hüzuruna qayıdırıq. İlk qonağımız Respublikanın Xalq artisti, hər kəsin sevimlisi olan Eyyub Yaqubovdur.

Eyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 49 saylı orta məktəbdə alaraq 1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinifinə daxil olur.

Hamımızın da bildiyi kimi Eyyub bəy xüsusi ilə köhnə Bakı küçə mahnılarının vurğunu idi. Eyni zamanda, təmiz ürəkdən gələn bu arzu onu biraz da ruhlandırdı. Özünün dediyinə görə o, "blatnoy" mahnılar oxumağa sırf buna görə başlamışdır.

27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

İfa etdiyi mahnılara, dediyi şeirlərə fikir versək, zatən qərarə gəlmək olar ki, Eyyub Yaqubov, şairimiz Mikayıl Müşfiqin yaradıcılığının vurğunudur.

İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur, əslən Xızı rayonundandır.

İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).

Poetik yaradıcılığa 1926-cı ildə «Bir gün» şerilə başlamışdır. İlk kitabı «Küləklər» 1930-cu ildə nəşr olunmuşdur.

1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnmişdir.

BAKU.WS