SİZİN REKLAM BURADA!
055 213 76 73



“Məhəllə 3” filminin rəsmi treyleri təqdim olunub.


BAKU.WS xəbər verir ki, Ramiz Fətəliyevin rejissorluğu ilə çəkilən “Məhəllə” filminin 3-cü hissəsi martın 3-də Heydər Əliyev Sarayında tamaşaçıların ixtiyarına veriləcək. 

Həmin gün “Məhəllə” filminin qəhrəmanları 15 ildən sonra həm yeni filmlərini nümayiş etdirəcəklər, həm də onları sevən insanlarla görüşəcəklər.

Məlumat üçün bildirək ki, ekran işində Əməkdar artistlər Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə, Dilarə Əliyeva, Xalq artistləri Nübar Novruzova, Hacı İsmayılov və başqaları yer alıb.

Xatırladaq ki, "Məhəllə"nin birinci hissəsi 2003-cü ildə, ikinci hissəsi isə 2004-cü ildə çəkilmişdi. 

Hüseyn Məmmədsalahov
BAKU.WS