SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparıcı Zülfiyyə Bayramova ATV-də yayımlanan "Bir axşam" verilişinin qonağı olub. 

BAKU.WS-in məlumatına görə, aparıcı xərçəng xəstəliyi ilə mübarizə apardığı anları xatırlayıb. 

Z. Bayramova bildirib ki, çətin günlərində ona ən çox həyat yoldaşı İlqar Mikayıloğlu dəstək olub:

"Əgər insanın içində Allaha sevgisi varsa, dilində şükür varsa və olacaqları Allahın lütfü kimi qəbul edirsə, o mütləq sağalacaq. İlqar Mikayıloğlu mənim ən böyük dəstəkçim oldu. O anım olmadı ki, başımı qaldıranda onu başımın üstündə görməyim. Hətta elə bir anlarım olurdu ki, mən gecəni yatırdım və yuxudan ayılanda görürdüm ki, başımın üstündə durub mənə diqqətlə baxır. O insan yatmırdı. O insan hər şeyi qoymuşdu bir qırağa. Bircə məqsədi var idi. Hər dəfə mən onun üzünə baxanda o gülürdü. Mənə təbəssümü, gülməyi öyrətdi.

ATV, ailəm ailə olaraq yanımda oldu və bir də göz açıb baxdım ki, demək olar ki, Azərbaycanın yarıdan çoxu artıq mənim ailəmdir. Onlar mənim üçün dua etdi. Mən də onların qarşısında olan borcumu yerinə yetirdim ki, görsünlər ki, həqiqətən də pozitiv olanda hər şey yaxşı olur".

BAKU.WS