SİZİN REKLAM BURADA!
055 213 76 73



Eyni səpgili proqramların aparıcıları Xoşqədəm Hidayətqızı ilə Zaur Baxşəliyev arasında soyuq müharibə davam edir.

BAKU.WS
xəbər verir ki, Zaur "Bizimləsən"in efirindən reytinq xatirinə efirdə əxlaqsızlığı təbliq edənlərə söz atıb:

"Yaxşılığı, insanlığı təbliğ etmək lazımdır. Bəzən olur ki, "Şok, şok, şok!" deyərək bir əxlaqsızlığı ortaya çıxarıb, onun müzakirəsi ilə məşğul olurlar. Ayıbdır! Azərbaycan xalqı o deyil. 2-3 faiz reytinqdən ötrü nəyi piar edirsiniz?! Hansısa bir əxlaqsızlığı? Ayıbdır, ayıb olsun! Verilişi mənəvi məsələlərin üzərində qurmaq lazımdır. Qura bilmirsən, bu işdən əl çək!"

Z.Baxşəliyev ad çəkməsə də, hər kəs bu sözləri Xoşqədəm Baxşəliyeva ünvanlandığını bilib. Belə ki, iki gün əvvəl "Səni axtarıram" proqramında 19 yaşlı gəncin 37 yaşlı iki uşaq anası ilə eşq yaşaması və onların bu izdivacına etiraz edən valideynlərindən imtina etməsi cəmiyyətdə böyük narazılığa səbəb olmuşdu.

BAKU.WS