SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də yayımlanan "V element" verilişinin yaradıcısı və aparıcısı, rejissor Ranar Musayev adı ilə bağlı etdiyi etirafla diqqət çəkib.

BAKU.WS-in məlumatına görə, Azərbaycanda Ranar adının ilk daşıyıcısı olan aparıcı uşaqlıqdan buna görə çox utandığını qeyd edib.

"Uşaqlıqdan adıma görə kompleks keçirirdim, çünki bu adın ilk daşıyıcısı idim və adımı eşidən hər kəs soruşardı: "Fanar?, Radar?, Roman?" və s.?", - Musayev "Instagram" hesabında bildirib.



"Ranar" adını daşıyan uşaqların görüntülərini paylaşan aparıcı sevincini izləyiciləri ilə bölüşüb. Aparıcıya yazılan ismarışlardan aydın olur ki, həmin uşaqların valideynləri Ranar Musayevə olan böyük sevgilərindən övladlarına onun adını veriblər.

"Son illər isə "Facebook" və "Instagram"da aldığım məktublardan yeni Ranarların dünyaya gəlməsindən xəbər almışam. Bu gün Ranarlardan birinin ad günüdür. 1 yaşlı Ranarı təbrik edirəm! Böyük oğlan olsun! Fürsətdən istifadə edib hər birinin valideynlərinə bu şərəfi mənə yaşatdıqlarına görətəşəkkür edirəm. Hər dəfə eşidəndə qəribə hisslər keçirirəm. Videoda olan uşaqların hamısı ayrı Ranarlardır - biri Gəncədəndir, digərləri Bakıdan. Hələ lap böyüyü var. O, Moskvada yaşayır. O artıq başqa hekayədir. Amma möcüzəli odur ki, videodakı uşaqların hamısı bir-birinə bənzəyir. Ayırmaq çətindir. Hamısını Allah saxlasın. İnşallah bir gün hamını bir araya toplayaram, tanış olarıq. Dost-qardaş kimi böyüsünlər", - yazaraq, Ranar əlavə edib.

Qeyd edək ki, aparıcının adı valideynlərinin - RAfael və NArgiz adlarının birləşməsi nəticəsində yaranıb. Kiçik araşdırmamızdan isə aydın oldu ki, Ranar adı ərəb dilindən Ra - gün Allahı, Nar - ocaq, alov kimi tərcümə olunur.

Hüseyn Məmmədsalahov
BAKU.WS