SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində maraqlı anlar baş verib. 

BAKU.WS xəbər verir ki, verilişdə qonaq olan müğənni Mətanət Əsədova "Sevdim" mahnısını min manata oxuduğunu bildirib. 

Müğənni əlavə edib ki, hətta mahnıya görə 5 min manat verən də olub. Müğənninin bu sözünə digər qonaq olan tanınmış şair, professor Vüqar Əhmədin cavabı gecikməyib. Şairin "O qədər ağılsız adam var ki" sözləri hər kəsin gülüşünə səbəb olub. 

Bu sözlər bir anlıq Mətanətin üzünün mimikasını dəyişib. Ancaq müğənni bu zarafata elə də əhəmiyyət verməyib və şairin sözlərini gülüşlə qarşılayıb. 

Abbas
BAKU.WS