VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Uzun illərdir Azərbaycanda fəaliyyət göstərən türkiyəli aparıcı, aktyor İlhan Özbay paytaxtda kirayə ev tapa bilməməyindən şikayətlənib.


BAKU.WS-in məlumatına görə, İ. Özbay bu barədə "Facebook" hesabında məlumat verib.

İlhan bildirib ki, tək yaşadığı üçün ona ev vermirlər:

“600 manat pul verirəm, Bakıda ev tapa bilmirəm. Səbəbi də ailəli olmamağımdır. “Neyləyim, küçədə yatım?” deyirəm, “Özün bilərsən, məsləhət sənindir” deyir adam”.

Qeyd edək ki, İlhan Özbay hazırda ATV kanalında "Bəxtəvər" verilişinə aparıcılıq edir. 

BAKU.WS