SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Elmira İsmayılova ATV-də yayımlanan "Ən yaxşısı" verilişinin qonağı olub.


BAKU.WS-in məlumatına görə, proqramda E. İsmayılova gəlini, Əməkdar artist Dilarə Əliyevadan danışıb. 

E. İsmayılova vaxtı ilə gəlinin işləməsi üçün Oqtay Əliyevi, çətinliklə də olsa, yola gətirdiyini açıqlayıb: 

"Oqtay heç vaxt icazə verməyib ki, o işləsin. Fikirləşdim ki, bu adam ali təhsilli, istedadlı qızdır, niyə evdə oturmalıdır ki? Evdə belə məsələ qaldırdım ki, mənimlə, bizim teatrda işləyəcək. Razılaşmırdı. Axır bir təhər atası ilə mən yola gətirdik. Buraxdı, yaxşı, onda qoy işləsin. Sonra gördü ki, nə qədər gözəl aktrisadır, çəkdi gətirdi öz yanlarına, "SOY"a".

BAKU.WS