VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Mən çox dəhşətə gəlirəm ki, bütün bu biabırçı hadisələr rayon yerlərində baş verir. Şəhərdə çox az rast gəlirəm".

BAKU.WS
 xəbər verir ki, teleaparıcı Elgiz Əkbərin "İnstagram"da canlı yayım açaraq sevgilisi ilə yataqda tutulan qadının rüsvayçı videosuna münasibət bildirərkən söylədiyi bu fikirlər birmənalı qarşılanmayıb.

E.Əkbər fikirlərini kənd adamlarını təhqir kimi qələmə verənlərə kəskin cavab verib:

"Peşəkarlıqdan uzaq jurnalistlərə ancaq sosial şəbəkələrdə şir-aslan olan, özünü tanımayan "qəhrəmanlara" cavab: Dünən canlı yayımdakı çıxışımı "Elgiz kənd adamlarını təhqir etdi" kimi sərsəm və yanlış başlıq altında yayaraq, insanları yanlış tərəfə yönləndirənlərə deyirəm ki, Allah cəzanızı verəcək. Kənd yerlərində demek olar ki, sakinlər bir-birinə qohum olur. Yəni, balaca bir qəsəbədə məlum hadisələrin nədən son dövrlər tez-tez baş verməsini anlaya bilmədiyimi demişəm.

Burada şəhərli-kəndli söhbətinin salınmasının nə əlaqəsi var? Hal-hazırda Bakının 70 faizindən çoxu rayon camaatıdır. Bax, belə-belə işlərə görə bir çox ziyalılarımız susur, mətbuatdan-efirlərdən qaçır. Əvəzində ədəbsizlər, tərbiyəsizlər meydan sulayır. Bəziləri özünüzü yığışdırın".

Zülfiyyə Qurbanova
BAKU.WS