VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rəqqasə Simona Əmirovanın tədbirlərin birində çətin vəziyyətə düşməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Belə ki, rəqqasənin çıxışı zamanı "büstqalter"i açılıb və o, rəqsinə bir neçə saniyəlik ara verməli olub.


BAKU.WS-in məlumatına görə, Simona həmin görüntülərə pis şərh yazanlara "Instagram" hesabında cavab verib.

Rəqqasə onların ünvanına olmazın sözlərini yazıb:

"Nə olub? Nə şişirdirsiniz? Ağzınızın qatığını niyə dağıdırsınız, utanmırsınız? Sözüm videonun altında pis yazan şərəfsizlərədir! Hər kəsin başına gələ bilər, tək mənim yox. Toyda rəqs edib şalvarı düşən var, yubkası açılan var. Nə yaxşıdır, Simona rəqqasədir, üst büstü açılıb, vsyo, hamı başladı pis şərhlər yazmağa! Ən birinci növbədə özünüzə hörmət edin, sonra kiminsə haqqında hörmətsiz yazın. İnşallah sizlərin də başına bundan da pis biabırçılıq gələr. Onda bilərsiniz ki, kiminsə dalınca danışmaq nə deməkdir! Xahişim və müraciətim "Instagram"da olan izləyiclərədir. Hanı sevginiz? Hanı dəstəyiniz? Tək güvənim sizədir. Pis şərh yazanları otuzdurun yerlərində!"

BAKU.WS