VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ATV-də yayımlanan "Dəb mənəm” verilişində bu dəfə də gərgin anlar yaşanıb.

BAKU.WS-in məlumatına görə, proqramın Vüsalə adlı iştirakçısı verilişə qara pencək və üzəri incilərlə bəzədilmiş "kolqotka"da çıxıb.

Digər iştirakçılar onun geyimini tənqid edərək "Sənə ətək və ya şalvar almaq istədim” , - deyə irad bildiriblər.

Layihənin münsifi, stilist və vizajist Elnur Həsənov da Vüsaləni sərt tənqid edib:

"Bir xanım, özü də artıq çəkili biri verilişə bu geyimdə çıxıb gələ bilməz. Bu geyim tərzi müğənni və səhnə üçündür".

BAKU.WS