VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Elə bil dolları Ağadadaş qaldırıb".

BAKU.WS Lent.az-a istinadən məlumat verir ki, bunu xalq artisti Ağadadaş Ağayev deyib. 

"Hər şey daxil” verilişinə qonaq olan ifaçı bir neçə gün öncə söylədiyi "Dolların qalxması məni sevindirir” sözlərinə münasibət bildirib: 

"Dolların yüksəlməsini, burada istifadə olunmasını istəməyənlərdən biri də mənəm. İstəmirəm biz bu valyutaya bağlı olaq. Hamımızın problemi yaranıb. İnşallah ötüb keçəcək. Bizim torpağımızda olan bərəkət dünyanın heç bir yerində yoxdur. Bu problemi Amerika yaradıb. Hər ölkə də öz içində mücadilə aparır. Bunu bu qədər şişirtmək lazım deyil. O sözü demişəmsə də, düz etmişəm. Mahiyyəti bilib, münasibət bildirsinlər. Yazını görmədən, başlığa baxıb fikir yazmasınlar”.