VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bəstəkar-müğənni Murad Arif bəzi həmkarlarına xəbərdarlıq edib.

BAKU.WS-in məlumatına görə, hitmeyker son günlər dəb halını alan "Mash-up" hazırlayanlara müraciət edib.

M. Arif, "Facebook" hesabında status yazaraq, onlardan hazırladıqları remikslərə onun repertuarındakı mahnıları daxil etməmələrini istəyib:

"Hörmətli sənət dostlarım, son zamanlar dəbə gəlmiş MASH UP (megamix və ya popuri) ənənələrinizə mənim repertuarımı daxil etməyi ağlınızdan keçirtməyin. Anlayışla qarşılayacağınıza inanıram! Sonra "Niyə Youtube-da blok edildi?" soruşmayasınız".

Qeyd edək ki, müğənnilər Sevil-Sevinc Səfərova bacıları ilə Dj Roşkanın, eləcə də müğənni Aysun İsmayılova ilə Sabonun hazırladıqları "Mash-up"lar "Youtube" videohostinqində yüksək baxış sayı toplayıb. 

BAKU.WS