SİZİN REKLAM BURADA!
055 213 76 73



Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil" verilişində bəzi məşhurlara söz atıb. 

BAKU.WS-in məlumatına görə, o, canlı yayımda gecəyarı "Instagram" hesabında suşi reklam edən müğənniləri ələ salıb. 

Tolik verilişində qonaq olan Əməkdar artist Tünzalə Ağayevaya "Siz bəzi müğənnilər kimi "Instagram"a qoyub gecələr suşi yemirsiniz?" sualını ünvanlayıb və ardınca bunları deyib:

"Uşaqlıqda mən suşi yeyirdim... Elə bil rayonda bunun nənəsi çörək yapmağın yerinə suşi yapırdı. Heç olmasa bunu götür "odnorazovı" qabdan çıxart qoy bir dənə qəşəng qabın içinə. Gecə ürəyim istədi, gətizdirdim. Yalansa, gecə səni "kitayski" ilan vursun. Güya bunlar ömür-billah suşi yeyiblər".

Tünzalə Ağayeva isə Tolikin bu sözlərinə davamlı şəkildə gülüb.

BAKU.WS